
Məşhur aktyor Kadir İnanırın miras mübahisələri səngimir
Türkiyəli məşhur aktyor Kadir İnanırın vəfatından sonra miras məsələsi və bacısı oğlunun Jülide Kuralla bağlı səsləndirdiyi iddialar gündəm olub.
Türkiyəli aktyor Kadir İnanırın vəfatından aylar keçməsinə baxmayaraq, onun mirası ətrafında yaranan mübahisələr səngimək bilmir. Sənətçinin bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət etdiyi bildirilir.
Aktyorun bacısı oğlu Levent İnanır məsələ ilə bağlı açıqlama verərək Jülide Kural haqqında sərt iddialar səsləndirib. O, dayısının ölümündən cəmi bir həftə sonra Kuralın Bodruma istirahətə getdiyini diqqətə çatdırıb.
Levent İnanırın sözlərinə görə, mərhum aktyor ata-baba torpaqlarının bölüşdürülməsi məsələsində ona etibarnamə də verib. O, həmçinin Jülide Kuralın aktyorun yaxın çevrəsi ilə münasibətlərinin korlanmasına səbəb olduğunu iddia edib.




