
Tanınmış keçmiş referi Pyerluici Kollina Azərbaycana gəlib
Redaksiya1 dəq oxu
FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina U-15 yığma komandalarının dünya çempionatını izləmək üçün ölkəmizə səfər edib.
AzadAzərbaycan xəbər verir ki, ölkəmizdə keçirilən U-15 yığma komandalarının dünya çempionatı çərçivəsində daha bir məşhur futbol xadimi Bakıya gəlib.
Dünya futbolunun tanınmış simalarından olan, hazırda FIFA Hakimlər Komitəsinin sədri vəzifəsini icra edən keçmiş referi Pyerluici Kollina çempionatın matçlarını yerindəcə izləyir.
Xatırladaq ki, bir qədər əvvəl FIFA-nın qlobal futbolun inkişafı üzrə rəhbəri, Londonun "Arsenal" klubunun sabiq baş məşqçisi Arsen Venger də sözügedən turnirlə bağlı Azərbaycana səfər etmişdi.




