
Şeyma Subaşı illər əvvəl çəkilən arxiv görüntülərini yenidən paylaşıb
Türkiyəli tanınmış sima Şeyma Subaşı əvvəlki həyat tərzi ilə bağlı açıqlamalarından sonra yenidən arxiv kadrlarını izləyiciləri ilə bölüşüb.
AzadAzərbaycan xəbər verir ki, türkiyəli sosial media fenomeni Şeyma Subaşı arxiv görüntülərini yenidən paylaşaraq izləyicilərin diqqətini çəkməyi bacarıb.
Bir müddət əvvəl həyat tərzində dəyişiklik etdiyini və tövbə prosesində olduğunu açıqlayan Subaşı, bu dəfə 2023-cü ildə qatıldığı Helloven partisindən kadrları instaqram hesabında nümayiş etdirib. Onun köhnə illərə aid bu videoları yenidən gündəmə gətirməsi sosial şəbəkələrdə müxtəlif müzakirələrə yol açıb.
Xatırladaq ki, Şeyma Subaşı məşhur televiziya aparıcısı və prodüser Acun Ilıcalı ilə 2017-ci ildə evlənmişdi. Lakin cütlüyün nikahı uzun çəkməmiş və 2018-ci ildə rəsmi olaraq boşanma ilə nəticələnmişdi.




