
Parisdə komendant saatı tətbiq edildi
Redaksiya1 dəq oxu
Fransanın paytaxtı Parisin iki rayonunda gecə saatlarında küçələrə çıxamaq qadağan olunub.
Paris polisi tərəfindən verilən qərara əsasən, şəhərin iki rayonunda oktyabrın 22-dən 25-dək komendant saatı qüvvəyə minib.
Məhdudiyyətlər Respublika meydanı və Le-Al məhəlləsini əhatə edir. Qaydalara görə, həm yetkinlik yaşına çatmış sakinlərin, həm də azyaşlıların hər gün saat 23:00-dan səhər 06:00-dək küçələrdə olmaları qadağan edilib.
Qeyd edək ki, Fransada bir müddət əvvəl başlayan etiraz aksiyaları getdikcə genişlənərək kütləvi iğtişaşlara çevrilib.




