
Fransanın cənubunda güclü fırtına və daşqınlar dörd nəfərin ölümünə səbəb olub
Fransanın cənubunu bürüyən “Adam” fırtınası və güclü daşqınlar nəticəsində azı 4 nəfər həyatını itirib, nəqliyyatda ciddi fasilələr yaranıb.
AzadAzərbaycan xəbər verir ki, Fransanın cənub bölgələrində “Adam” fırtınasının törөtdüyü güclü daşqınlar faciə ilə nəticələnib. Təbii fəlakət nəticəsində azı 4 nəfər həyatını itirib, bir nəfər isə xəsarət alıb.
Güclü leysan yağışları nəqliyyat infrastrukturuna ciddi ziyan vurub, yollar və dəmir yolu xətləri su altında qalıb. Muryes və Sen-Martən-de-Kro şəhərlərində onlarla sakinin təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirildiyi bildirilir.
Meteoroloqlar ölkədə hava şəraitinin hələ də gərgin olaraq qaldığını və yeni fırtınanın yaxınlaşdığını açıqlayıblar. Qərbi rayonlarda güclü küləklə əlaqədar narıncı xəbərdarlıq səviyyəsi elan edilib.
Qeyd edək ki, “Adam” fırtınası qonşu İspaniyada da dağıntılara yol açıb. Bu ölkədə də daşqınlar səbəbindən 3 nəfər ölüb, Valensiya hökuməti isə zərərçəkənlərə yardım məqsədilə 23,5 milyon avroluq paket təsdiqləyib.




