
Donald Tramp İlon Maskdan Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etməyi xahiş edib
Redaksiya1 dəq oxu
ABŞ Prezidenti Donald Tramp İlon Maskdan Ukraynanın Starlink peyk rabitə sisteminə çıxışındakı qadağaları aradan qaldırmağı tələb edib.
ABŞ Prezidenti Donald Tramp “SpeysX” şirkətinin qurucusu İlon Mask ilə əlaqə saxlayaraq Ukraynanın “Starlink” hərbi peyk rabitə sistemindən istifadəsinə qoyulan məhdudiyyətlərin ləğv olunmasını xahiş edib.
Bu barədə tanınmış “Voll Strit Jurnal” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə, ABŞ lideri ilə milyarder arasındakı danışıqdan dərhal sonra sistemlər yenidən fəaliyyətə başlayıb. Lakin buna baxmayaraq, rabitə xəttinin sürəti hələ də tam bərpa olunmayıb.




