
Ukrayna və Finlandiya ümumi dəyəri 300 milyon avro olan yeddi sənəd imzalayıb
Finlandiya və Ukrayna Kiyevdə keçirilən görüş çərçivəsində 300 milyon avro dəyərində yeni yardım paketi və əməkdaşlıq sənədləri imzalayıblar.
AzadAzərbaycan xəbər verir ki, Finlandiya və Ukrayna ümumi dəyəri 300 milyon avro olan yeni yardım paketi də daxil olmaqla yeddi sənədə imza atıblar.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Finlandiyanın Baş naziri Petteri Orpo ilə baş tutan görüşdən sonra məlumat verib.
Onun sözlərinə görə, imzalanan yeni dəstək paketinə lokomotivlər, enerji qurğuları və enerji obyektlərini qorumaq üçün lazım olan avadanlıqlar daxildir.
Bundan başqa, tərəflər Finlandiyanın peyk imkanlarından daha geniş şəkildə istifadə etmək barədə razılığa gəliblər və bu istiqamətdə müvafiq razılaşmalar əldə olunub.




