
Real Madrid Barselona səfərində qələbə qazandı
Redaksiya1 dəq oxu
İspaniya La Liqasında keçirilən növbəti El-Klasiko matçında Real Madrid səfərdə Barselona üzərində 2:1 hesablı qələbə qazanıb.
AzadAzərbaycan xəbər verir ki, İspaniya La Liqasının növbəti turunda əzəli rəqiblər - "Barselona" və "Real Madrid" komandaları üz-üzə gəliblər.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada paytaxt təmsilçisi rəqibini minimal hesabla üstələməyi bacarıb. Matç
Real Madrid
komandasının 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Qalib kollektivin heyətində hər iki qola Kilian Mbappe imza atıb. Meydan sahiblərinin yeganə topunu isə Rafinya rəqib qapısından keçirib.




