
Vladimir Zelenski Ukrayna ordusunun sayından danışıb
Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrin şəxsi heyətini 800 min nəfər səviyyəsində saxlamaq istədiyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin tam təhlükəsizliyini qorumaq məqsədilə silahlı qüvvələrin şəxsi heyətinin sayını 800 min hərbçi səviyyəsində saxlamağın vacibliyini vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, əgər lazımi maliyyə vəsaiti təmin olunarsa, ordunun bu sayda saxlanılması arzuolunandır. Lakin o əlavə edib ki, ölkənin Şimali Atlantika Alyansına üzv olması vəziyyəti dəyişə bilər və həmin rəqəm daha az ola bilər.
Bununla yanaşı, Zelenski vurğulayıb ki, Ukrayna ordusunun şəxsi heyətinin sayı məsələsini nə Rusiya, nə də ABŞ tərəfi ilə müzakirə etməyib və gələcəkdə də belə müzakirələr aparmaq niyyətində deyil.




