
Tanınmış müğənni Demet Akalın həyat yoldaşı ilə bağlı etirafı ilə diqqət çəkdi
Türkiyəli məşhur müğənni Demet Akalın həyat yoldaşı Okan Kurtla bağlı təəccübləndirən açıqlama verib. O, cütlüyün illərdir ayrı yataqlarda yatdığını etiraf edib.
Türkiyəli məşhur müğənni Demet Akalın şəxsi həyatı ilə bağlı verdiyi açıqlama ilə diqqətləri üzərinə çəkib. İfaçı həyat yoldaşı Okan Kurtla gecə yuxu vərdişləri haqqında danışaraq maraqlı bir etiraf edib.
2012-ci ildə evlənən məşhur cütlüyün artıq uzun müddətdir ki, gecələri ayrı keçirdiyi bəlli olub. Demet Akalın sosial şəbəkələrdə ər-arvadın eyni yataqda yatması ilə bağlı aparılan müzakirələrə qoşulub və bu adətin pandemiya dövründən yarandığını qeyd edib.
Sənətçi paylaşımında yuxunun sağlamlıq üçün əhəmiyyətli olduğunu vurğulayaraq, pandemiyadan bəri ayrı yatdıqlarını açıq şəkildə bildirib. Akalının bu səmimi etirafı qonşu ölkənin maqazin mediasında geniş əks səda doğurub.




