
Ramil Həsən Dövlət Baxçalı ilə görüşərək mühüm müzakirələr aparıb
TÜRKPA Baş katibi Ramil Həsən MHP sədri Dövlət Baxçalı ilə görüşüb, türk dövlətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
AzadAzərbaycan xəbər verir ki, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri və hakim Cumhur İttifaqının tərəfdaşı Dövlət Baxçalı ilə bir araya gəlib.
Tərəflər arasında baş tutan görüşdə qardaş ölkələr arasındakı çoxtərəfli münasibətlərin inkişafı, Azərbaycanla Türkiyənin sarsılmaz dostluq bağları və gələcək əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub.
Müzakirələr zamanı Azərbaycan və Türkiyənin türk dünyasının birliyinin möhkəmləndirilməsində aparıcı rol oynadığı, eləcə də Qarabağ Zəfərindən sonra həyata keçirilən güclü dövlətçilik siyasətinin önəmi vurğulanıb.
Bundan əlavə, TÜRKPA-nın 15-ci plenar iclasının yekunları və 2027-ci il üçün nəzərdə tutulan fəaliyyət planları, o cümlədən parlament diplomatiyası vasitəsilə reallaşdırılacaq təşəbbüslər nəzərdən keçirilib.
Dövlət Baxçalı Azərbaycana və bütün türk dünyasına dəstəyini ifadə edərək ölkələrimizin qüdrətli inkişafının əhəmiyyətini qeyd edib, Ramil Həsən isə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.




