
Uruqvayda təlim uçuşu zamanı iki təyyarə toqquşub
Uruqvayda təlim uçuşu həyata keçirən iki kiçik təyyarənin toqquşması nəticəsində pilotlardan biri həlak olub, digəri isə xilas olub.
AzadAzərbaycan xəbər verir ki, Uruqvayda təlim uçuşu həyata keçirən iki kiçik təyyarə havada toqquşub. Qəza ölkənin cənub hissəsindəki Kanelones departamentinin Quasuvira kurort şəhəri ərazisində qeydə alınıb.
Hərbi Hava Qüvvələrinin yaydığı məlumata əsasən, toqquşmadan sonra hava gəmilərindən biri qəza enişi etməyə nail olub. Digər təyyarə isə meşəlik əraziyə düşüb.
Hadisə nəticəsində təyyarələrdən birinin pilotu həlak olub. Rəsmi açıqlamada həlak olan şəxsin 58 yaşında, istefada olan Hərbi Hava Qüvvələri zabiti olduğu bildirilib. Digər pilotun isə xəsarət almadığı qeyd olunub.




