
Vladimir Zelenski Norveçdən maliyyə dəstəyi tələb edib
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsinin ilin sonunadək 3,5 milyard avro maliyyə vəsaitinə ehtiyacı var.
Ukrayna tərəfinin maliyyə çatışmazlığı problemi ilə əlaqədar olaraq ilin sonuna kimi əlavə 3,5 milyard avroya ehtiyacı yaranıb.
AzadAzərbaycan xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Norveçdə media nümayəndələri ilə söhbətində bəyan edib.
O qeyd edib ki, cari ilin bütün kəsir məsələlərinin aradan qaldırılması olduqca vacibdir və qalan çatışmazlıq 3,5 milyard avro, yaxud təxminən 4,1 milyard dollar təşkil edir.
Zelenskinin sözlərinə görə, bu maliyyə dəstəyi məsələsi Norveçdən olan rəsmi nümayəndələrlə keçirilən görüşlərdə müzakirə olunub və o, beynəlxalq tərəfdaşların Kiyevə lazımi köməyi göstərəcəyinə inandığını ifadə edib.




