
Xaricdə tək yaşayan türkün kövrək paylaşımı sosial şəbəkələrdə gündəm oldu
Xarici ölkədə tək-tənha yaşayan Tamer Coşqun adlı şəxsin gənclərə müraciət edərək göz yaşı tökdüyü video sosial şəbəkələrdə böyük rezonans doğurub.
Sosial şəbəkə istifadəçisi olan Tamer Coşqun adlı Türkiyə vətəndaşının paylaşdığı son video izləyənlərə duyğulu anlar yaşadıb.
Qürbətdə təkbaşına həyat sürən Tamer Coşqun çəkdiyi video müraciətdə yaşadıqları çətinliklərdən söhbət açaraq gənc nəslə tövsiyələrini verib. Ötməş illərdə yol verdiyi yanlışlıqlara görə dərin təəssüf hissi keçirdiyini bildirən şəxs, valideynlərin sağlığında qədrini bilməyin nə qədər önəmli olduğunu vurğulayıb.
Hisslərini cilovlaya bilməyərək göz yaşlarına boğulan Coşqun xüsusilə ata-anasının qədrini yetərincə bilməyən gənclərə müraciət edib. Onun bu səmimi etirafları qısa zamanda sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub və geniş müzakirələr doğurub.




