
Məsud Pezeşkian: Müharibə ABŞ-a istəklərinə nail olmağa imkan verməyəcək
Redaksiya1 dəq oxu
İran Prezidenti Məsud Pezeşkian Vaşinqtonun hərbi addımlarını tənqid edərək, müharibənin heç bir tərəfə fayda verməyəcəyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Ştatların nüvə silahı ilə bağlı əsassız iddialar irəli sürərək İrana qarşı hərbi tədbirlərə haqq qazandırmağa çalışdığını bəyan edib.
Dövlət başçısı vurğulayıb ki, hərbi qarşıdurma yolu ilə Vaşinqton öz hədəflərinə çata bilməyəcək. Əksinə, belə addımlar təkcə İrana deyil, bütün bölgəyə ciddi ziyan vuracaq.
O, rəsmi Tehranın dialoqa açıq olduğunu desə də, bunun üçün ilk növbədə İrana tətbiq olunan sanksiyaların ləğv edilməsinin vacibliyini diqqətə çatdırıb.




