
Azərbaycan Premyer Liqasında X turun növbəti matçları keçiriləcək
Redaksiya1 dəq oxu
Misli Premyer Liqasının X turu çərçivəsində bu gün iki maraqlı qarşılaşma baş tutacaq.
Azərbaycan Premyer Liqasında X turun oyunlarına bu gün yekun vurulacaq. Günün ilk matçında "Neftçi" səfərdə "Şamaxı"nın qonağı olacaq. Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.
Günün digər qarşılaşması isə Gəncədə təşkil olunacaq. "Kəpəz" doğma meydanda "İmişli"ni qəbul edəcək. Bu oyunun start fit səsi saat 17:30-da veriləcək.
Qeyd edək ki, turnir cədvəlində "Neftçi" 18 xalla üçüncü, "Kəpəz" 14 xalla altıncı, "Şamaxı" 13 xalla yeddinci, "İmişli" isə 10 xalla səkkizinci pillədə qərarlaşıb.




