
Azərbaycanlı aktyor Şəhriyar Əbilov Hollivuda dəvət olunduğunu bildirib
Aktyor Şəhriyar Əbilov xarici layihələrdəki iştirakı, Yaponiyadakı uğurları və əldə etdiyi qazanc barədə maraqlı açıqlamalar verib.
Azərbaycanlı aktyor Şəhriyar Əbilov son dövrlər fəaliyyəti və xarici layihələrdəki uğurları ilə diqqət çəkib. O, verilişlərin birində qonaq olarkən Hollivuda dəvət alan ilk azərbaycanlı aktyor olduğunu iddia edib.
Sənətçi Yaponiyada yayımlanan və böyük izlənmə rekoru quran serialdakı rolundan danışıb. Onun sözlərinə görə, bu ekran işindən sonra yapon tamaşaçılarının Azərbaycana marağı nəzərəçarpacaq dərəcədə artıb.
Əbilov əlavə edib ki, ölkəmizə gəlmək istəyən yapon turistlər filmin çəkildiyi məkanları onunla birlikdə gəzmək üçün ödəniş etməyə də hazırdırlar. O, layihədən əldə etdiyi gəliri də açıqlayaraq qısa müddətdə yüksək məbləğ qazandığını və vergilərini ödədiyini bildirib.




