
Azərbaycanın voleybol təmsilçisi Çempionlar Liqasında mübarizəyə başlayır
Redaksiya1 dəq oxu
Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında bu gün ilk matçına çıxacaq.
Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" klubu bu gün CEV Çempionlar Liqasında mübarizəyə start verir.
Cəlil Cəlilovun rəhbərlik etdiyi kollektiv Bakıda Portuqaliyanın "Sportinq" komandası ilə qarşılaşacaq.
II təsnifat mərhələsinin görüşü Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq və saat 18:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı noyabrın 11-də keçiriləcək.




