
Bakıda keçiriləcək rəqs festivalında tanınmış rəqqas da çıxış edəcək
İdman rəqsləri üzrə çempion Arsen Ağamalyanın oktyabrın 30-da Bakıda təşkil olunacaq rəqs festivalında iştirak edəcəyi bildirilib.
İdman rəqsləri üzrə ikiqat dünya və üçqat Avropa çempionu Arsen Ağamalyan oktyabrın 30-da Bakıda baş tutacaq “Azerbaijan Dance Festival 2026” tədbirində səhnəyə çıxacaq.
O, sosial şəbəkə hesabında Bakıya uçduğunu və Oksana ilə birlikdə “Karmen” və “İblis” rəqs nömrələrini nümayiş etdirəcəklərini qeyd edib.
Ağamalyan paytaxtımızda anadan olduğunu və valideynlərinin də məhz bu şəhərdə tanış olduqlarını vurğulayıb. Rəqqas bu səfərin onun üçün böyük emosional məna daşıdığını bildirib.
Onun sözlərinə görө, səfər çərçivəsində illərdir görmədiyi qohumları və uşaqlıq illərinin xatirələri ilə bağlı olduğu məkanlarla görüşəcək.




