
Məşhur aktrisa illər sonra ekranlara qayıdır
Redaksiya1 dəq oxu
Türkiyənin tanınmış aktrisası İpek Erdem uzun fasilədən sonra yeni layihə ilə yenidən izləyicilərin qarşısına çıxmağa hazırlaşır.
Türkiyənin populyar "Hayat Bilgisi" teleserialındakı "Barbie Gamze" obrazı ilə şöhrət qazanan İpek Erdem uzun illərdən sonra yenidən ekranlara qayıdır.
O, yaxın zamanlarda tamamilə fərqli bir imic ilə kameralar qarşısına keçib.
Bir müddət Fransada aktrisalıq dərsləri alan İpek Erdem baş rollarını Oktay Kaynarca və Fahriye Evcenin paylaşacağı "Hamal" serialının heyətinə daxil olub.
Aktrisa bu rolu üçün 10 il ərzində ilk dəfə xarici görkəmində köklü dəyişiklik edərək sarı saçları ilə vidalaşıb.




