
Pakistan və Əfqanıstan sərhədində toqquşma olub, həlak olanlar var
Redaksiya1 dəq oxu
Pakistan və Əfqanıstan silahlı qüvvələri arasında baş verən sərhəd toqquşmasında azı iki nəfər həyatını itirib.
AzadAzərbaycan xəbər verir ki, Əfqanıstan və Pakistan silahlı qüvvələrinin hərbçiləri arasında sərhəd zonasında silahlı insident baş verib.
Bölgədən verilən məlumatlara əsasən, Əfqanıstanın şərq hissəsində yerləşən Nanqarhar əyalətinin Torham sərhəd keçid məntəqəsi yaxınlığında Pakistan tərəfindən açılan atəş nəticəsində iki nəfər həlak olub, daha iki nəfər isə xəsarət alıb.




