
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı keçiriləcək
Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər və qadınlar arasında dünya çempionatı təşkil olunacaq.
AzadAzərbaycan xəbər verir ki, paytaxtımız noyabrın 2-dən 8-dək yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatına ev sahibliyi edəcək.
Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə reallaşacaq yarışda iyirmidən çox ölkədən dörddüzdən çox nümayəndənin iştirakı nəzərdə tutulur.
Azərbaycan İdman Akademiyasının stadionunda baş tutacaq turnir bu idman növünün təbliği, beynəlxalq əlaqələrin gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıyır.
Müsabiqə müddətində idmançılar hücum nərdivanı ilə tədris qülləsinə dırmaşma, yüz metr məsafəyə maneəli qaçış, dördün yüz metrə yanğın estafeti və döyüş açılışı üzrə güclərini sınayacaqlar.
Bundan əlavə, mötəbər yarış çərçivəsində müxtəlif xarici ölkələrin aidiyyəti qurumlarının və beynəlxalq təşkilatların rəhbərlərinin ölkəmizə səfərləri də planlaşdırılır.




