
Belarus klubunun futbolçusu Azərbaycanın U-21 yığmasına dəvət olundu
Belarusun "Dnepr" komandasının formasını geyinən 20 yaşlı Müzəffər Qurbanov Azərbaycanın U-21 milli komandasının toplanışına çağırılıb.
AzadAzərbaycan xəbər verir ki, Belarusun "Dnepr" klubunda çıxış edən gənc futbolçu Müzəffər Qurbanov Azərbaycanın U-21 milli komandasının heyətinə dəvət alıb. Bu barədə Belarus təmsilçisinin rəsmi mətbuat xidməti məlumat yayıb.
20 yaşlı müdafiəçi noyabrın 9-dan 17-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi çərçivəsində gənclərdən ibarət yığmamız noyabrın 14-də və 17-də Oman milli komandasına qarşı iki yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, "Dnepr" klubunun yetirməsi olan Müzəffər Qurbanov əsas komandanın heyətində keçirdiyi 38 rəsmi oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.




