
Büdcədən maliyyələşən bəzi publik hüquqi şəxslərin rəhbərlərinin maaşları açıqlandı
Redaksiya1 dəq oxu
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri üçün yeni aylıq əməkhaqqı məbləğləri müəyyənləşib.
Azərbaycanda dövlət orqanlarının və müvafiq qurumların tabeliyində fəaliyyət göstərən, həmçinin dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxslərin rəhbər heyətinin maaşları təsdiqlənib.
AzadAzərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, həmin publik hüquqi şəxslərin rəhbərlərinin aylıq vəzifə maaşı 3600 manat, rəhbərin müavinlərinin maaşı isə 3115 manat məbləğində müəyyən olunub.




