
Azərbaycan və Ukrayna gələcək dövr üçün yeni Fəaliyyət Planı qəbul edib
Azərbaycan və Ukrayna müxtəlif istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutan Fəaliyyət Planını təsdiqləyiblər.
Azərbaycan və Ukrayna qarşıdakı dövr ərzində müxtəlif sahələri əhatə edən yeni Fəaliyyət Planını qəbul ediblər.
AzadAzərbaycan xəbər verir ki, energetika naziri Pərviz Şahbazov bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Nazir qeyd edib ki, Ukraynanın Ujqorod şəhərində Baş nazirin birinci müavini, energetika naziri Denis Şmıqal ilə birlikdə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının 14-cü iclası baş tutub. İclas zamanı ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, texnologiya, innovasiya və turizm sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri nəzərdən keçirilib.
Bundan əlavə, tərəflər Azərbaycan-Ukrayna Biznes Dəyirmi Masasında yeni tərəfdaşlıq və investisiya imkanlarını müzakirə ediblər. Denis Şmıqal Ukraynaya göstərilən ardıcıl humanitar yardımlara görə minnətdarlığını ifadə edib.




