
Yeni iPhone modelinin əsas qüsurları və mütəxəssis tənqidləri
Yeni iPhone modelində tətbiq edilən Touch ID sisteminin sürəti və işləmə mexanizmi texnologiya icmalçılarının narazılığına səbəb olub.
AzadAzərbaycan xəbər verir ki, "iPhone Duo" modelində barmaq izi ilə kilidaçma sistemi olan Touch ID-nin işləmə sürəti bəzi texnologiya icmalçılarının narazılığına səbəb olub. Onlar əvvəl istifadə etdikləri Face ID üz tanıma sistemini daha rahat hesab etdiklərini bildiriblər.
Texnologiya bloqeri Markes Braunlinin izahına görə, istifadəçi yan düyməyə toxunduqda telefon dərhal əsas ekrana keçmir. Əvvəlcə bildirişləri oxumaq üçün kilid ekranında qısa müddət dayanır.
Əsas ekrana daha tez keçmək üçün əvvəlcə ekranı yuxarı sürüşdürmək, sonra barmağı sensora toxundurmaq mümkündür. Lakin bu əlavə hərəkət bəzi icmalçılara əlverişsiz görünür. Məlumatda şirkətin bu davranışı digər qurğularla eyni istifadə prinsipi yaratmaq məqsədilə tətbiq etdiyi bildirilir.
Jurnalist Coanna Stern bir həftəlik istifadədən sonra da kilidaçma üsuluna alışmaqda çətinlik çəkdiyini deyib. Digər məşhur bloqerlər isə sensorun nəm və ya yağlı barmaqlara zəif reaksiya verdiyini bildiriblər.




