
Həkimlərdən qəhvənin qaraciyər sağlamlığına təsiri ilə bağlı açıqlama
Kardioloq Aleksandr Myasnikov qaraciyər problemi olan şəxslərə gündə neçə fincan qəhvə içməli olduğunu açıqlayıb.
AzadAzərbaycan xəbər verir ki, hepatit və ya qaraciyər piylənməsindən əziyyət çəkən insanlar gündə ən azı üç-dörd fincan qəhvə istehlak etməlidirlər.
Tanınmış kardioloq və tibb elmləri namizədi Aleksandr Myasnikovun sözlərinə görə, qəhvə düzgün miqdarda qəbul edildikdə insan sağlamlığı üçün olduqca faydalıdır.
Mütəxəssis qeyd edib ki, artıq çəkisi olan və qaraciyər piylənməsi müşahidə edilən şəxslər sirroz riskinin qarşısını almaq üçün bu içkiyə üstünlük verməlidirlər.
Həmçinin həkim qəhvənin kalsium və maqneziumun sorulmasına mənfi təsir göstərməsi ilə bağlı iddiaların əsassız olduğunu vurğulayıb.
O bildirib ki, qəhvə yalnız aptek preparatları şəklində qəbul edilən dəmiri təsir edə bilər, lakin qidalardan alınan dəmirə heç bir mənfi təsiri yoxdur.




