
İlin ilk 9 ayında Şəki Xan Sarayını 128 min turist ziyarət edib
Redaksiya1 dəq oxu
Cari ilin 9 ayı ərzində Şəki Xan Sarayını ziyarət edənlərin 55 faizini yerli, 45 faizini isə xarici turistlər təşkil edib.
AzadAzərbaycan xəbər verir ki, bu ilin ilk 9 ayı ərzində Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayı 128 min turist tərəfindən ziyarət olunub.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəylinin verdiyi məlumata görə, saraya gələn qonaqların təxminən 55 faizini yerli, 45 faizini isə əcnəbi turistlər təşkil edir.
Xüsusi olaraq vurğulanıb ki, açıqlanan göstəricilər Şəki şəhərinə gələn ümumi turist sayını deyil, yalnız bilet alaraq Şəki Xan Sarayına daxil olan ziyarətçilərin statistikasını əks etdirir.




