
Kriştianu Ronaldonun İnstaqramda izləyici sayı 680 milyonu ötüb
Dünyaca məşhur futbolçu Kriştianu Ronaldonun İnstaqram səhifəsində izləyici sayı 680 milyona çatıb ki, bu da qlobal əhalinin 8,2 faizini təşkil edir.
AzadAzərbaycan xəbər verir ki, məşhur futbolçu Kriştianu Ronaldonun "Instagram" sosial şəbəkəsindəki izləyicilərinin sayı 680 milyona çatıb.
Aparılan təhlillərə əsasən, bu göstərici planetimizdə hər 12 nəfərdən birinin portuqaliyalı hücumçunu izlədiyini göstərir. Sözügedən rəqəm dünya əhalisinin təqribən 8,2 faizinə bərabərdir.
Eyni zamanda, bu nəhəng auditoriya Azərbaycan əhalisindən təxminən 66 dəfə çoxdur.
Xatırladaq ki, ötən günlərdə təcrübəli oyunçu milli komandadakı karyerasını başa vurduğunu açıqlamışdı. O, yığmanın heyətində ümumilikdə 234 matçda meydana çıxaraq 146 dəfə rəqib qapısına yol tapıb.




