
Gəncə terrorunda valideynlərini itirən Sevil övladının doğum gününü qeyd edib
Redaksiya1 dəq oxu
Gəncə terroru zamanı valideynlərini itirən və dağıntılar altından xilas edilən Sevil Əliyeva oğlunun bir yaşını tamamlaması münasibətilə məclis təşkil edib.
Gəncə şəhərində törədilən erməni terroru nəticəsində valideynlərini itirən Sevil Əliyeva övladının bir yaşının tamam olmasını qeyd edib.
Xatırladaq ki, həmin dəhşətli gecə zamanı Sevil qardaşı ilə birlikdə valideynsiz qalmışdı. Terror hadisəsi vaxtı onu dağıntılar arasından çıxaran sinif yoldaşı Talışla sonradan ailə quran gənc qadının xoş gününə dair kadrlar sosial şəbəkələrdө böyük maraqla qarşılanıb.
İzləyicilər tərəfindən rəğbətlə qarşılanan bu doğum günü məclisindən yayılan görüntülər geniş müzakirələrə səbəb olub.




