
Misli Premyer Liqasında Şəfa və Araz-Naxçıvan heç-heçə etdi
Misli Premyer Liqasının XI turu çərçivəsində baş tutan "Şəfa" - "Araz-Naxçıvan" qarşılaşması dörd qolla və bərabərliklə yekunlaşıb.
AzadAzərbaycan xəbər verir ki, Misli Premyer Liqasının XI turu çərçivəsində "Şəfa" doğma meydanda "Araz-Naxçıvan" kollektivini qəbul edib.
Turnir cədvəlinin son pillələrində yer alan komandaların gərgin mübarizəsi 2-2 hesabı ilə başa çatıb və tərəflər hərəyə bir xal qazanıblar.
Bu nəticədən sonra xalını 5-ə çatdıran "Şəfa" turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. 4 xalı olan "Araz-Naxçıvan" isə çempionatın sonuncu - 12-ci sırasındadır.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qarabağ"a, "Neftçi" isə "Kəpəz"ə eyni - 1-0 hesabı ilə qalib gəlib.




