
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılış mərasiminə qatılıblar.
Dövlət başçısının 2022-ci ildə imzaladığı sərəncama əsasən şəhərdə 960 şagird yerlik məktəb binasının tikintisinə başlanmışdı. Daha sonra layihədə dəyişiklik edilərək təhsil ocağı peşəyönümlü kompleks kimi yenidən qurulub.
Yeni kompleksdə müasir sinif otaqları, laboratoriyalar, robot zonaları, həmçinin dərzi, santexnika və elektrik emalatxanaları yaradılıb. Eyni zamanda, kitabxana, idman və akt zalları da şagirdlərin istifadəsinə verilib.
1,6 hektar ərazisi olan təhsil müəssisəsinin həyətində abadlıq işləri görülmüş, açıq idman meydançası və qaçış zolağı salınmışdır.

