
Çində insan münasibətlərini əvəz edə bilən robot sevgililər satışdadır
Çində bazara çıxarılan yüksək qiymətli robot sevgililər cəmiyyətdə və ailə institutunda yarada biləcəyi dəyişikliklər baxımından müzakirələrə səbəb olub.
AzadAzərbaycan xəbər verir ki, Çində təxminən 160 min dollara qiymətləndirilən süni intellektli robot sevgililər rəsmi olaraq satışa təqdim edilib. Qısa müddət ərzində minlərlə sifarişin qeydə alınması bu yeniliyə böyük marağın olduğunu göstərir.
Mütəxəssislər hesab edirlər ki, belə texnologiyaların populyarlaşması gələcəkdə ənənəvi ailə münasibətlərinə və sosial həyata ciddi şəkildə təsir göstərə bilər. Sosioloq Yusif Nəbiyevin sözlərinə görə, insanlar artıq müxtəlif səbəblərdən dərin və məsuliyyət tələb edən insani əlaqələrdən uzaqlaşmağa meyil edirlər.
O qeyd edib ki, əvvəllər ev heyvanlarına yönələn bu tendensiya indi süni intellekt və robotlar vasitəsilə daha da genişlənə bilər. Bir çox şəxs qarşılıqlı öhdəliklər götürmək istəmədiyi üçün şərtsiz tabe olan alternativ əlaqələrə üstünlük verir.
Ekspert hesab edir ki, dərin münasibətlər qurmağı bacarmayan insanlar üçün bu cür robotlar asanlıqla əvəzediciə çevrilə bilər. Lakin bunun cəmiyyət üçün müsbət, yoxsa mənfi nəticələr doğuracağı hələ də müzakirə olunan etik məsələlərdən biri olaraq qalır.




