
"Qarabağ" ev oyunlarını "Azersun Arena"da keçirəcək
"Qarabağ" futbol klubu Misli Premyer Liqasının növbəti ev matçlarını "Azersun Arena"da oynayacaq.
Ağdamın "Qarabağ" komandası Misli Premyer Liqasındakı ev qarşılaşmalarının keçiriləcəyi məkanı dəyişdirib. Şəhər təmsilçisi matçlarını "Azersun Arena"da təşkil edəcək.
Bu qərar Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyündə yenilənmə və bərpa işlərinin aparılması ilə bağlıdır. Ağdam klubu yaranmış vəziyyətlə əlaqədar Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət ünvanlayıb.
PFL "Qarabağ"ın müraciətini və "Azersun Arena"nın yarışları qəbul etmək üçün tam hazır vəziyyətdə olduğunu nəzərə alaraq müvafiq icazəni verib.
Bununla da çempionatın 11-ci turunda baş tutacaq "Turan Tovuz" görüşündən başlayaraq, Ağdam təmsilçisi rəqiblərini "Azersun Arena"da qəbul edəcək.




