
Rusiyada həqiqəti yazan hərbi müxbir Romanov həbs olundu
Ukraynalı bloqçu Denis Kazansky bildirib ki, Rusiyanın hərbi müxbiri Romanov həqiqəti söylədiyi üçün saxlanılıb.
AzadAzərbaycan xəbər verir ki, rusiyalı hərbi müxbir Romanov həbs edilib. Onun saxlanılmasına səbəb Ukraynaya getmək istədiyini bildirməsi və mövcud vəziyyətlə bağlı reallıqları dilə gətirməsi olub.
Ukraynalı bloqçu və siyasi şərhçi Denis Kazansky məlumat verib ki, Romanovu "xüsusi hərbi əməliyyat haqqında saxtakarlıq" ittihamı ilə mühakimə edəcəklər. Jurnalistin sözlərinə görə, baş verənlər rəsmi Moskvanın həqiqətdən nə dərəcədə qorxduğunu açıq şəkildə göstərir.
Qeyd olunub ki, istənilən doğru fakt Kreml təbliğatının qurmuş olduğu müharibə yalanlarının bütün strukturunu dərhal məhv etmək gücünə malikdir.




