
Dünya bodibildinqinin əfsanəsi Ronni Koulmen niyə yerə bilmir
Səkkizqat Mr. Olympia çempionu Ronni Koulmenin ağır məşqlər və keçirdiyi əməliyyatlar nəticəsində hərəkət məhdudiyyəti ilə üzləşməsinin hekayəsi.
Ronni Koulmen üçün fiziki güc sadəcə idman deyil, bütöv bir həyat fəlsəfəsi idi. Məşq zalında nəhəng çəkilərin altında olarkən onun üçün heç bir sərhəd mövcud deyildi və ağır ştanqlar karyerasının ayrılmaz bir parçası idi.
İdmançı 1998-2005-ci illər aralığında ardıcıl səkkiz dəfə Mr. Olympia tituluna sahib çıxaraq adını bu idman növünün ən böyük əfsanələri sırasına yazdırdı. Lakin zirvəyə gedən yolda qurduğu bədən illər sonra ona qarşı çevrildi.
Məktəb və universitet illərindən başlayan zədələr zamanla daha da ağırlaşdı. Koulmen karyerası ərzində ümumilikdə 13 dəfə əməliyyat masasına uzandı ki, onların səkkizi bel, üçü boyun, ikisi isə bud-çanaq bölgəsi ilə bağlı oldu.
Vaxtilə yüzlərlə kiloqramlıq ştanqların altında sarsılmayan insan üçün artıq sadəcə yerimək belə mümkünsüz bir missiyaya çevrildi. O, vəziyyətin bu dərəcədə pisləşəcəyini heç vaxt ehtimal etmədiyini bildirdi.
Bütün bu fiziki tənəzzülə baxmayaraq, Koulmen idman zalından hələ də tam qopmayıb. Bir vaxtlar səhnədə rəqiblərinə qorxu salan əfsanə indi itirilmiş hərəkət qabiliyyətini bərpa etmək üçün mübarizə aparır.




