
Tahir Rzayev: Azərbaycan hər cür bədniyyətli cəhdin qarşısını almağa qadirdir
Milli Məclisin komitə sədri Tahir Rzayev Əli Kərimliyə mükafat verilməsini Azərbaycana qarşı növbəti qərəzli addım və uğurlara kölgə salmaq cəhdi kimi dəyərləndirib.
AzadAzərbaycan xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Əli Kərimlinin Maqnitski mükafatı ilə təltif olunmasına münasibət bildirib. Deputat bu qərarın ölkəyə qarşı qərəzli mövqe tutan xarici və daxili dairələr tərəfindən sevinclə qarşılandığını, lakin onların yanıldıqlarını vurğulayıb.
Komitə sədri qeyd edib ki, mükafatın hansı xidmətlərə görə verildiyi sual doğurur. Onun sözlərinə görə, həmin şəxs və tərəfdarları vaxtilə torpaqların işğalına və ölkədə anarxiyanın yaranmasına şərait yaradıb, sonrakı illərdə isə Azərbaycanın uğurlarına kölgə salmaq və qarşıdurma yaratmaqla məşğul olublar.
Tahir Rzayev əlavə edib ki, hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu dəyişməyə cəhd göstərməkdə ittiham olunan bir şəxsin təltif edilməsi məntiqsizdir. Bu addımın məqsədi ölkədə sabitliyi pozmaq olsa da, müasir Azərbaycan dövləti istənilən qərəzli cəhdin və təxribatın qarşısını qətiyyətlə almağa qadirdir.




