
Ermənistan ərazisində azan Azərbaycan vətəndaşı vətəninə qaytarılır
Redaksiya1 dəq oxu
Tovuz rayon sakini Yaşar Qasımovun Ermənistan ərazisində azdığı müəyyən edilib və onun Azərbaycana qaytarılması istiqamətində işlər aparılır.
Oktyabrın 19-da axşam saatlarında Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov Ermənistanın Tavuş rayonu istiqamətində aşkarlanıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı rəsmi məlumata əsasən, aparılan yoxlamalar nəticəsində həmin şəxsin Azərbaycan vətəndaşı olduğu və ərazidə azdığı təsdiqlənib.
Qurumdan bildirilib ki, Azərbaycan vətəndaşının tezliklə öz ölkəsinə təhvil verilməsi üçün zəruri prosedurlar və tədbirlər həyata keçirilir.




