
Türkiyədə sabiq deputat və baş müşavir Ertan Aydın saxlanılıb
İstanbulda fond bazarı ilə bağlı aparılan genişmiqyaslı istintaq tədbirləri çərçivəsində aralarında sabiq baş nazir müşavirinin də olduğu 31 nəfər tutulub.
AzadAzərbaycan xəbər verir ki, Türkiyədə fond bazarı üzrə aparılan genişmiqyaslı təhqiqat çərçivəsində AK Partiyanın keçmiş millət vəkili və sabiq baş nazirin müşaviri Ertan Aydın saxlanılıb.
İstanbul Cümhuriyyət Baş Prokurorluğunun həyata keçirdiyi araşdırmalar çərçivəsində ümumilikdə 31 nəfər barəsində həbs-qətimkan və saxlanılma qərarı çıxarılıb. İstintaq tədbirləri Kapital Bazarları Şurasının təqdim etdiyi rəsmi hesabatlar və müraciətlər əsasında aparılır.
Hüquq-mühafizə orqanlarının başladığı əməliyyatın ilkin mərhələsində 26 şübhəli şəxs ələ keçirilib. Axtarışda olan digər beş nəfərin də müəyyən edilərək tutulması nəticəsində saxlanılanların ümumi sayı 31 nəfərə çatıb.
Saxlanılanlar arasında Ertan Aydınla yanaşı, Abdullah Dal, Fahri Uğur, Hakan Eryılmaz və Seda Tarım kimi şəxslərin də olduğu bildirilir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.




