
Ukrayna ordusundan gözlənilməz gediş: Yeraltı yollarla düşmən arxasına keçdilər
Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri yeraltı kommunikasiyalar vasitəsilə 15 kilometrdən çox məsafə qət edərək Rusiya qoşunlarının arxa cəbhəsinə sızıblar.
AzadAzərbaycan xəbər verir ki, Kupyansk istiqamətində həyata keçirilən "Veles" əməliyyatı çərçivəsində Ukrayna ordusunun "Xartiya" korpusunun döyüşçüləri rus qoşunlarının arxa cəbhəsinə keçmək üçün 15 kilometrdən artıq yeraltı yolla irəliləyiblər.
Məlumata əsasən, ukraynalı hərbçilər yeraltı kommunikasiya xətlərindən istifadə edərək hərəkət etdikləri vaxt digər hərbi birləşmələr yerüstü hücum əməliyyatına start veriblər. Hücum prosesinə pilostuz uçuş aparatları və "Axilles" briqadasının qüvvələri də dəstək nümayiş etdirib.
Keçirilən bu xüsusi əməliyyat Rusiya hərbçilərinin Kupyansk istiqamətində irəliləməsinin qarşısını alıb. Döyüşlər nəticəsində düşmən tərəfinin 100-dən çox canlı qüvvəsi məhv edilib, 30 rusiyalı hərbçi isə əsir götürülüb.




