
2027-ci ilin dövlət büdcəsi layihəsi parlamentə təqdim edilib
Gələn ilin büdcə layihəsinə əsasən, gəlirlərin 39,2 milyard, xərclərin isə 42,4 milyard manat olması nəzərdə tutulur.
AzadAzərbaycan xəbər verir ki, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə üçün Milli Məclisə daxil olub.
Təqdim edilən sənədə əsasən, növbəti ildə maliyyə qurumunun gəlirləri 39 milyard 254 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Bununla yanaşı, dövlət xərclərinin ümumi həcminin 42 milyard 400 milyon manat təşkil edəcəyi gözlənilir.
Göstəricilərə görə, mərkəzləşdirilmiş gəlirlər 38 milyard 518 milyon 425 min manat, yerli gəlirlər isə 735 milyon 575 min manat səviyyəsində müəyyənləşib.
Xərc hissəsində isə mərkəzləşdirilmiş xərclərin 41 milyard 664 milyon 425 min manat, yerli xərclərin isə 735 milyon 575 min manat olması nəzərdə tutulur.




