
ABŞ İranla bağlı heç bir vaxt çərçivəsi müəyyənləşdirməyib
Redaksiya1 dəq oxu
Amerika Birləşmiş Ştatları rəsmiləri İranla danışıqlar prosesində konkret müddət təyin etmədiklərini bəyan ediblər.
AzadAzərbaycan xəbər verir ki, Vaşinqton administrasiyası Tehranla apardığı danışıqlarda hər hansı vaxt çərçivəsi müəyyənləşdirməyib.
Bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında mətbuat nümayəndələrinin suallarını cavablandırarkən danışıb.
Onun sözlərinə görə, əsas məqsəd İranın nüvə proqramının tamamilə aradan qaldırılmasıdır və Vaşinqton bunun yenidən bərpa olunmayacağına əmin olmaq istəyir.
Vitse-prezident qeyd edib ki, ölkəsinin narahatlıq doğuran əsas məsələsi məhz bu təhlükənin qarşısını almaqdır.




