
Azərbaycan QHT-lərinin nümayəndələri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun iştirakçıları Zəfər Günü ərəfəsində dövlət başçısına müraciət ünvanlayıblar.
Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun iştirakçıları olan dörddən artıq vətəndaş cəmiyyəti təmsilçisi Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyevə təbrik və dəstək müraciəti ünvanlayıblar.
Müraciətdə dövlət başçısının qətiyyətli rəhbərliyi və müdrik strategiyası sayəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğu, xalqımıza tarixi Qələbə yaşadıldığı vurğulanıb.
Tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini, eləcə də Böyük Qayıdış proqramını yüksək qiymətləndiriblər.
Vətəndaş cəmiyyəti nümayəndələri ölkənin milli maraqlarının, mənəvi dəyərlərinin qorunması və dövlət siyasətinin həyata keçirilməsi istiqamətində hər zaman öndə olmağa hazır olduqlarını bildiriblər.




