
ABŞ Konqresinə seçkilərin ölkənin xarici siyasətinə təsiri açıqlanıb
ABŞ Dövlət katibi Marko Rubio Konqresə keçiriləcək seçkilərin ölkənin xarici siyasət kursuna ciddi təsir göstərməyəcəyini bəyan edib.
ABŞ-da keçiriləcək aralıq seçkilərində Demokratlar Partiyası qələbə qazansa belə, bu nəticə ölkənin xarici siyasətində əsaslı dəyişikliklərə səbəb olmayacaq.
AzadAzərbaycan xəbər verir ki, bu fikirləri ABŞ Dövlət katibi Marko Rubio səsləndirib. O, keçmiş senator kimi qanunverici hakimiyyətin imkanlarına bələd olduğunu vurğulayıb.
Rubio qeyd edib ki, Konqresin xarici siyasətdə müəyyən rolu olsa da, bu sahədə yekun və əsas qərarları məhz icra hakimiyyəti qəbul edir. Siyasətçi həmçinin seçkilərin hələ baş tutmadığını və Konqresin gələcək tərkibinin dəqiq məlum olmadığını xatırladıb.
Xatırladaq ki, Birləşmiş Ştatlarda növbəti seçkilərin noyabrın 3-də keçirilməsi planlaşdırılır.




