
ABŞ seçkilərinin nəticələri Trampın İrana münasibətinə necə təsir edəcək
Birləşmiş Ştatlarda keçirilən aralıq seçkilərində demokratların qələbəsi prezident Donald Trampın İrana qarşı hərbi addımlarını çətinləşdirə bilər.
ABŞ-da reallaşan aralıq seçkilərində demokratların qələbə qazanması dövlət başçısı Donald Trampın İrana qarşı yeni hərbi əməliyyatlara başlaması imkanlarını məhdudlaşdıra bilər. Bu barədə Cenevrə Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun katibi və Cenevrə Tətbiqi Elmlər Universitetinin professoru İşem Lemisi açıqlama verib.
Ekspert qeyd edib ki, Ağ Ev rəhbəri hərbi güc tətbiq etmək istədiyi təqdirdə Konqresin razılığını almalıdır. Hazırkı şəraitdə Tehranla hər hansı bir silahlı münaqişənin başladılması son dərəcə mürəkkəb prosesə çevrilib.
Mütəxəssisin fikrincə, Tramp güclü demokrat çoxluğunun təmsil olunduğu yeni Konqresin fəaliyyəti dövründə hərbi əməliyyatlara əl atarsa, bu addım ölkədaxili mövcud siyasi reallıqlara qarşı çıxmaq cəhdi kimi qiymətləndirilə bilər.




