
Aliye serialının kiçik Arda obrazı ilə tanınan Ayberk Koçarın son halı
Türkiyənin məşhur 'Aliye' serialında Arda rolunu canlandıran uşaq aktyor Ayberk Koçarın illər sonra hansı peşəyə yiyələndiyi üzə çıxıb.
Azərbaycanlı izləyicilərin də sevərək izlədiyi Türkiyənin məşhur 'Aliye' serialında kiçik Arda obrazı ilə məşhurlaşan Ayberk Koçar illər sonra yenidən gündəmə gəlib.
Halit Ergenç və Nejat İşler kimi tanınmış aktyorlarla birlikdə rol alan gənc istedad ekranlardan uzaqlaşdıqdan sonra fərqli peşə yolu seçib.
Təhsilini tamamlayan Ayberk Koçar sənətdən uzaqlaşaraq memarlıq sahəsində fəaliyyət göstərməyə başlayıb və hazırda həyatını bu istiqamətdə davam etdirir.
Xatırladaq ki, o, 'Aliye' ilə yanaşı, 'Son Osmanlı Yandım Ali', 'Pulsar', 'Hayde Bre' və 'Benim Hala Umudum Var' kimi tanınmış layihələrdə də iştirak edib.




