
Asiyanın diqqəti Bakıda
Sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçiriləcək. Azərbaycan 2024-cü ilin dekabrından AQEM-ə sədrliyi "Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf" konsepsiyası əsasında həyata keçirir. Bu müddətdə təşkil
Sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçiriləcək. Azərbaycan 2024-cü ilin dekabrından AQEM-ə sədrliyi "Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf" konsepsiyası əsasında həyata keçirir. Bu müddətdə təşkilatın institusional imkanlarının artırılması, üzv dövlətlər arasında sahələrarası əməkdaşlığın gücləndirilməsi və AQEM-in beynəlxalq əlaqələrinin genişləndirilməsi əsas prioritetlər olub.




