
ATB-nin xalis mənfəəti 62% artıb
ATB 2026-cı ilin doqquz ayını əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub. Bankın xalis mənfəəti, gəlirləri, aktivləri, kredit və depozit portfelləri, eləcə də kapitalı və kapitalın gəlirlilik əmsalı yüksəlib. 2026-cı ilin ilk doqquz ayında Bank 15,2 milyon manat xalis mənfəət əldə edib. Bu,
ATB 2026-cı ilin doqquz ayını əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub. Bankın xalis mənfəəti, gəlirləri, aktivləri, kredit və depozit portfelləri, eləcə də kapitalı və kapitalın gəlirlilik əmsalı yüksəlib. 2026-cı ilin ilk doqquz ayında Bank 15,2 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62% və ya təxminən 5,8 milyon manat artım deməkdir. Hesabat dövründə bankın ümumi gəlirləri 14% artaraq 143 milyon manat, xərcləri isə 127,6 milyon manat təşkil edib.




