
Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub - VİDEO
Azərbaycanda keçirilən "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təlimi uğurla davam edir. Bu barədə -ya Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, əvvəlcə hərbi qulluqçulara brifinq təqdim edilib, qarşıya qoyulan vəzifələr, onların yerinə yetirilmə ardıcıllığı və uçuşların təşk
Azərbaycanda keçirilən "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təlimi uğurla davam edir. Bu barədə -ya Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, əvvəlcə hərbi qulluqçulara brifinq təqdim edilib, qarşıya qoyulan vəzifələr, onların yerinə yetirilmə ardıcıllığı və uçuşların təşkili qaydaları dəqiqləşdirilib. Sonra iştirakçılar arasında koordinasiyanın təmin edilməsi, eləcə də nəzərdə tutulan fəaliyyətlərin plan üzrə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.




