
Bakıda məşhur türk serialını izləyən şəxs infarkt keçirdi
Redaksiya1 dəq oxu
Paytaxtda televiziya izlədiyi zaman səhhəti qəfil pisləşən kişi xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub.
AzadAzərbaycan xəbər verir ki, məşhur "Diriliş Ertuğrul" serialını seyr edən zaman güclü həyəcan keçirən yerli sakin infarkt olub.
Səhhətində ciddi problemlər yaranan vətəndaş dərhal Bakıdakı tibb müəssisələrindən birinə çatdırılıb.
Həkimlərin apardığı təcili müayinələrdən sonra pasiyentə kəskin miokard infarktı diaqnozu qoyulub və vaxt itirilmədən cərrahiyyə əməliyyatına başlanılıb.
Mütəxəssislərin peşəkar müdaxiləsi sayəsində xəstənin ürək damarına stent yerləşdirilib və həyatı xilas edilib.




